85 illik yubileyini qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir teatr mövsümünü uğurla başa vurub. Yerli və xarici qastrollar, festivallar və premyeralarla yadda qalan mövsümlə bağlı iyulun 15-də teatrda toplantı keçirilib.
Tədbirdə çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə mövsümün uğurlu yekunu ilə bağlı kollektivi təbrik edib, hər kəsə xoş istirahət arzulayıb. O, mövsüm boyu teatrın əldə etdiyi yaradıcılıq uğurları, qastrol səfərləri, beynəlxalq festivallarda qazanılan mükafatları qeyd edib, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının qazandıqları mükafatları da diqqətə çatdırıb.
Daha sonra mövsüm boyu fəaliyyəti ilə seçilən teatrın əməkdaşları Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Elnur Abasquliyev, Aygül Ağayeva və başqalarına fəxri fərmanlar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar