Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Məzahir Cəlilov milli mədəniyyətimizin inkişafında xidmətlərinə və 70 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Məzahir Cəlilov 1946-cı ildə anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Teatrın səhnəsində müxtəlif səpkili (Qasid, Həkim, Keşiş (U.Şekspir - "Maqbet", "Kral Lir", "Hamlet"), Papas (H.Cavid - "İblis"), Şeyx Alı (S.Vurğun - "Vaqif"), Sıldırım (N.Xəzri - "Torpağa sancılan qılınc"), Kəlbəlixan (İ.Əfəndiyev - "Hökmdar və qızı"), Kərbəlayı Muxtar, Mir Bağır ağa (C.Məmmədquluzadə - "Ölülər") və s.) obrazlar yaradıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar