Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi mövsümü başa vurub, istirahətə yollansa da, teatrın bir qrup əməkdaşı İrana səfərə hazırlaşır. Yaradıcı səfərə P.Züskindin “Kontrabas” və N.Qoqolun “Dəlinin qeydləri” tamaşaları aparılacaq.
İran İslam Respublikasının Mazandaran vilayətinin Noşəhr şəhərinin Mədəniyyət evinin dəvəti ilə 4-6 avqust tarixində sözügedən tamaşalar iranlı sənətsevərlər qarşısında nümayiş olunacaq.
Əməkdar artist Şövqi Hüseynovun oynadığı hər iki monotamaşa bir sıra beynəlxalq festivallarda uğurla iştirak edərək diplomlara layiq görülüb.
Azərbaycan və İran arasında mədəni əlaqələrin genişləndirilməsi və yaradıcılıq mübadiləsi məqsədilə həyata keçirilən bu layihənin davamı olaraq bu ilin sentyabr-oktyabr aylarında Mazandaran Mədəniyyət idarəsinin baş müdiri, doktor Əhəd Javedani və Noşəhr Mədəniyyət idarəsinin müdiri Mohandes Kiia Kojori Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunacaqlar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar