Rusiyanın Perm şəhərində fəaliyyət göstərən “U mosta” teatrının bədii rəhbəri və direktoru Sergey Fedotov bu günlərdə 88-ci mövsümü başa vuran Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qonaq olub.
Rusiyalı rejissor teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovla görüşündə bir sıra qarşılıqlı maraq doğuran yaradıcılıq məsələləri, cari repertuardakı tamaşalar, teatrın iştirak etdiyi beynəlxalq festivallar haqqında müzakirə aparılıb. Görüşdə sentyabr-oktyabr aylarında Perm şəhərində baş tutacaq II Martin MakDonax Beynəlxalq Teatr Festivalından da söz açılıb. Rusiyalı rejissor Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir əsərə məmnuniyyətlə quruluş verməyə hazır olduğunu bildirib.
S.Fedotov 2014-cü ildə iştirak etdiyi III Beynəlxalq Bakı Teatr Konfransından maraqlı təəssüratlarla ayrıldığını və böyük məmnuniyyətlə bu ilin noyabrında keçiriləcək IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak edəcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, S.Fedotov Rusiyanın Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı və Martin MakDonax Beynəlxalq Teatr Festivalının prezidentidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar