Vladimir Mayakovski adına Moskva Akademik Teatrı payızda böyük qastrol çərçivəsində Bakıda səfərdə olacaq. Bu barədə Rusiyanın Xalq artisti Mixail Filippov məlumat verib.
O bildirib ki, kollektiv 17-18 noyabr tarixlərində Bakıda öz repertuarından iki ən yaxşı nümunə ilə paytaxtımıza gələcək. Azərbaycan teatrsevərləri Sergey Artsıbaşevin quruluşunda Nikolay Qoqolun “Evlənmə” və Mindauqas Karbauskisin “Rus romanı” tamaşalarını izləyə biləcəklər.
“Evlənmə” 13 ilə yaxındır ki, teatrın repertuarında yer alır və hər zaman böyük anşlaqla keçir.
Moscow-Baku.ru saytına müsahibə verən tanınmış səhnə ustası Azərbaycan və paytaxtımızla bağlı təəssüratlarını da bölüşüb.

Lalə








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar