Son dövrlər Sumqayıt şəhərində genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işləri aparılır. Ölkə başçısının diqqət və qayğısı nəticəsində şəhərdə yol infrastrukturu yenidən qurulur, çoxmənzilli binaların dam örtükləri, fasadları yenilənir, binalarda müasir liftlər quraşdırılır. Dənizkənarı bulvar layihəsi də uğurla həyata keçirilir, orijinal layihə əsasında tikilən Heydər Əliyev Mərkəzində, Şahmat və Musiqi məktəblərində işlər yekunlaşmaq üzrədir.
Bu sahədə mühüm layihələrdən biri də Sumqayıt Dövlət Dram Teatrının 60 il öncə tikilmiş binasında aparılan əsaslı təmir və yenidənqurma işləridir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Dram Teatrının binasında görülən işlərin gedişi ilə tanış olublar.
Qeyd olunub ki, yüksək zövq və keyfiyyətlə aparılan təmir və yenidənqurma yekunlaşmaq üzrədir. 500 yerlik tamaşa və 100 yerlik akt zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulub.
Bildirilib ki, teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılıb.
Vurğulanıb ki, teatrın müasir üslubda yenidən qurulması Sumqayıt sakinlərinin sənətin ayrılmaz hissəsi olan teatra marağının artmasına səbəb olacaq, şəhərin mədəni həyatı daha da canlanacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar