Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Almaniyada növbəti qastrol səfərində olub və Bavariyada keçirilən XX Qut-İmmlinq opera sənəti festivalında iştirak edib.
Teatrdan verilən məlumata görə, Avropada ən mötəbər musiqi festivallarından olan bu tədbirdə 34 ölkə təmsil edilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri bu festivalda artıq 9-cu dəfə çıxış edib.
Orkestr festivalın Qrand-final konsertində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə məşhur vokalçılar - Mario Zhang, Vadim Kravets, Cefri Tarr, Cenifer Jakob, Reynhild Busmayer, Keyt Allen, Georgi Kirov, Deniz Yetim, Alin Stoika, Antonella Barnat, Əliəhməd İbrahimov, Simon Komasa və başqaları çıxış ediblər. Proqrama C.Verdi, C.Puççini, C.Rossini, J.Bize, R.Leonkovallo, Ş.Quno, P.Maskanyi, P.Çaykovski, N.Rimski-Korsakov və digər bəstəkarların əsərləri daxil edilib. Qala-konsertdə orkestri festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok və azərbaycanlı dirijorlar - Xalq artisti Cavanşir Quliyev, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev və Murtuza Bülbül idarə ediblər.
Konsertdə dünya bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycan simfonik musiqisinin ən yaxşı nümunələri - Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, Q.Qarayevin “Yeddi gözəl” və F.Əmirovun “Min bir gecə” baletlərindən parçalar, Niyazinin “Qaytağı”sı və Q.Qarayevin “Pavana” simfonik qravürləri, habelə P.Bülbüloğlunun “Eşq və Ölüm” baletindən parça və “Azərbaycan” əsəri səsləndirilib.
Konsertdən sonra festivalın təşkilatçıları - Lüdviq Bauman və Korneliya fon Kerssenbrok azərbaycanlı musiqiçilərin ifasını yüksək dəyərləndirib, teatrın rəhbərliyinə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar