Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı “Vaqif” operası yeni quruluşda nümayiş olunacaq. Opera noyabrın 26-da Ramiz Mustafayevin 90 illik yubileyi ərəfəsində oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu dirijoru Xalq artisti Cavanşir Cəfərovdur. Tamaşada Vaqif obrazını ilk dəfə Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımov ifa edəcək. Digər partiyalarda Ramil Qasımovla yanaşı İlahə Əfəndiyeva, Fərid Əliyev, Cahangir Qurbanov, Taleh Yəhyayev və Tural Ağasiyev çıxış edəcəklər.
Ramil Qasımov Vaqif operasının onun üçün çox önəmli olduğunu bildirib: “Bu obrazı ifa etmək böyük əzm, eyni zamanda məsuliyyət tələb edir. Çalışacağam ki, bu etimadı Ramiz Mustafayev sənətini sevənlərin, eyni zamanda klassik musiqiyə dəyər verən tamaşaçılar qarşısında doğruldum. Fürsətdən istifadə edib bütün yaradıcı və texniki heyətə uğurlar diləyirəm”.
Qeyd edək ki, “Vaqif” operasından Ramil Qasımovun ifasında Vaqifin ariyasının klipi də hazırlanıb. Məqsəd Azərbaycan klassik musiqisini bugünkü nəslə təbliğ etməkdir.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar