Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin birgə layihəsi əsasında Azərbaycan və rus dillərində hazırlanan “Buzlar diyarı” tamaşasının məşqləri yekunlaşmaq üzrədir. Tamaşanı iki heyət - Azərbaycan və rus bölmələri səhnələşdirir.
Azərbaycan bölməsi ilə hazırlanan tamaşaya daxili baxış keçirilib. Elza rolunu gənc aktrisa Xumar Səlimova ifa edir. Digər rollarda müxtəlif teatrlarda çalışan Ləman Hüseynli, Ziya Ağa, Müşfiq Əliyev, Nurlan Süleymanlı və başqaları çıxış edir.
Tamaşanın ədəbi əsası gürcü dramaturqu tərəfindən hazırlanıb və Azərbaycan dilinə tərcümə olunub. Tamaşaçılara unudulmaz təəssüratlar yaşatmaq üçün ən son səhnə texnologiyalarından və monitordan, 3D proyektor kimi müasir audio-vizual vasitələrdən istifadə nəzərdə tutulub. Tamaşada istifadə olunacaq geyimlər Moskvada peşəkar geyim rəssamları tərəfindən hazırlanıb.
Qeyd edək ki, “Buzlar diyarı”nın premyerası oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək. Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar