Yeni sənət mövsümünün yaxınlaşması ilə teatrlar öz repertuarlarını elan edirlər. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sentyabr ayına olan repertuarı açıqlanıb. Teatr yeni mövsümdə ilk tamaşasını 15 sentyabrda Şəkidə start götürəcək beynəlxalq teatr festivalı çərçivəsində təqdim edəcək. Şəki səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin tamaşası nümayiş olunacaq. 17 sentyabrda isə kollektiv öz səhnəsində İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri ilə mövsümün pərdələrini açacaq. Ay ərzində həmçinin Toyqun Orbayın “21.15 qatarı” (23 sentyabr), Abdula Şaiqin “Danışan gəlincik” və Nikolay Qoqolun “Müfəttiş” (24 sentyabr), Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Əli Əmirlinin “Şah Qacar” (25 sentyabr) və Elçinin “Şekspir” (30 sentyabr) əsərlərinin tamaşaları göstəriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar