Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə hazırlaşır. Sentyabrın 1-də teatrda keçirilən iclasda yeni mövsümün yaradıcılıq planları müzakirə olunub.
Bu barədə danışan teatrın direktoru Rəşad Əhmədzadə mövsümə sentyabrın 9-da start veriləcəyini deyib. Teatr sentyabrın 15-dən 24-dək keçiriləcək “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında da təmsil olunacaq. Festivalda teatrın uğurlu səhnə nümunələrindən olan “Zəng” tamaşası göstəriləcək.
İlin sonunadək daha iki yeni səhnə əsəri - teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda Ş.Perronun “Qırmızıpapaq” və rejissor Anar Məmmədovun quruluşunda S.Sveyqin “Yad qadının məktubu” əsəri əsasında “Unudulmuş kukla” tamaşaları təqdim olunacaq.
Direktor çıxışının sonunda səhhəti ilə əlaqədar ciddi problemlər yaşayan teatrın aktyoru Rəhim Rəhimovla da bağlı məlumat verib, Heydər Əliyev Fondunun aktyorun müalicəsinə dəstək verdiyini bildirib. Həmkarları qarşısında ürək sözlərini bölüşən R.Rəhimov müalicəsində yardımçı olan hər kəsə təşəkkür edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar