«Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət proqramı çərçivəsində 15-24 sentyabr 2016-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Üç məkanı - Bakı, Şəki, Mingəçevir şəhərlərini əhatə edən festivalda Azərbaycandan Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, habelə Gəncə və Şəki dövlət dram teatrları, eləcə də Rusiya (“Trikster” Teatrı), Ukrayna (“Prekrasnıe svetı”), Gürcüstan (S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı, N.Dombadze adına Professional Dövlət Gənclər Teatrı), İran (“Neqab” Teatrı), Birləşmiş Ərəb Əmirlikləri (Dubay Bələdiyyə Teatrı) və Türkiyənin (İstanbul Bələdiyyəsi Şəhər Teatrı) teatr kollektivlərinin iştirakı planlaşdırılıb.
Festival çərçivəsində Azərbaycan milli peşəkar teatrının 144-cü mövsümünün açılış mərasimi keçiriləcək, Şəki teatrının foyesində səyyar təsviri sənət sərgisi nümayiş olunacaq.
Sentyabrın 16-da Şəkidə TÜRKSOY-a üzv ölkələrin Teatr rəhbərləri şurasının 5-ci toplantısı keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar