Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu il dörd beynəlxalq teatr festivalında iştirak edəcək.
Teatrdan bildirilib ki, yaradıcı kollektiv oktyabrda Rusiyanın Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin MakDonax teatr festivalında və Litvada keçiriləcək “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında iştirak üçün dəvət alıb. Sənət ocağı Permdə oktyabrın 2-dən 7-dək davam edəcək festivalda Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə çıxış edəcək.
Oktyabrın 11-dən 17-dək isə Vilnüs və Visaqinas (Litva) şəhərlərində baş tutacaq festivala isə S.Bekketin “Sözsüz” monotamaşası aparılacaq.
Həmçinin, kollektiv noyabrda Moldovanın paytaxtı Kişineuda keçiriləcək “Moldfest.Rampa.Ru” VIII Beynəlxalq teatr festivalında və Kalmık Milli Dram Teatrında qastrol səfərlərində olacaq.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar