Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün başlanması ərəfəsində toplantı keçirilib. Teatrın direktoru İslam Həsənov, baş rejissor, Əməkdar artist Firudin Məhərrəmov, rejissorlar - Əməkdar artist Namis Şirməmmədov, Vasif Məmmədov yaradıcılıq planlarından danışıblar.
Yeni mövsümdə Hüseyn Cavid yaradıcılığından, polyak dramaturgiyasından əsərlərə müraciət olunması qərara alınıb. T.Özakmanın “Ocaq” əsəri də siyahıya əlavə olunub. Azyaşlı tamaşaçı kütləsi nəzərə alınaraq Abdulla Şaiqin “Tülkü həccə gedir”, Q.Xuqayevin “Bir köpək vardı” kimi uşaq tamaşaları repertuara daxil edilib.
Hazırlanan tamaşalar əsaslı təmir olunan, ən müasir tələblərə cavab verən teatr ocağında sənətsevərlərə təqdim olunacaq.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar