Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümdə iki yeni tamaşa hazırlayacaq.
Teatrın bədii rəhbəri Faiq Qardaşov bildirib ki, hazırda komediya janrında olan “Arvadımın əri” tamaşasının məşqləri keçirilir. Türk ədəbiyyatının klassik yazarlarından olan Rəşad Nuri Güntəkinin əsəri əsasında səhnələşdirilən tamaşa gündəlik qarşılaşdığımız sosial münasibətlərdən bəhs edir. Səhnə əsərinin quruluşçu rejissoru Bağır Əhmədovdur.
Bununla yanaşı, yaxın günlərdə uşaqlar üçün nəzərdə tutulan tamaşanın da məşqlərinə start veriləcək. Artıq İsgəndər Coşqunun “Çal, oyna“ əsərinin ssenarisi üzərində işlər tamamlanmaq üzrədir.
Qusar Dövlət Ləzgi Dram Teatrı növbəti aydan qastrol səfərlərinə də çıxmağı planlaşdırır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar