Füzuli Dövlət Dram Teatrı 28-ci mövsümü sentyabrın 25-də Altay Məmmədovun “Həmyerlilər” əsəri ilə açacaq.
Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Məryəm Məmmədova, İntizar Quliyeva, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, Aygün Cəfərova, Vüqar Babayev və başqaları çıxış edir.
Qeyd edək ki, cari mövsümdə teatr həmçinin hərbi hissələrdə, rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində, idarə, müəssisələrində, təhsil ocaqlarında çıxışlar etməyi planlaşdırır. Mövsüm boyu N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, “Yağışdan çıxdıq, yağmura düşdük”, M.F.Axundzadənin “Hacı Qara”, A.Məmmədovun “Həmyerlilər” tamaşalarının nümayişi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar