Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov Mingəçevirdəki uşaq bağçaları-körpələr evlərində “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılını kuklaların dili ilə balacalara təqdim edib. Səfər Mingəçevir Dövlət Dram Teatrının dəvəti ilə gerçəkləşib.
Aktyorun təqdim etdiyi tamaşa mingəçevirli balaca fidanlar tərəfindən böyük sevinclə qarşılanıb. Əməkdar artist uşaqlarla, müəllim və valideynlərlə maraqlı görüşlər keçirib.
Uşaqların sevimlisi olan aktyor bu ilin oktyabr ayında Mingəçevir Dövlət Dram Teatrının dəvəti ilə yerli aktyorlarla birgə yeni iki tamaşa hazırlayacaq və yenidən şəhərin qonağı olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar