Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümə 18 sentyabr - Milli musiqi günündə start verəcək. Qeyd edək ki, həmin gün Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı başlayacaq. Teatrın yeni mövsümdə ilk tamaşası da festival çərçivəsində təqdim olunacaq. 107-ci mövsümün açılışı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası ilə gerçəkləşəcək.
Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, tamaşanı festival iştirakçılarının, şəhərimizin qonaqlarının, əcnəbilərin də izləyəcəyi nəzərə alınaraq məşhur operetta ingilis dilində tərcümə sətirlər - titrlər vasitəsilə nümayiş olunacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasının quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Rolları Xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar