Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı sentyabrın 23-də görkəmli şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə 135-ci yubiley mövsümünün təntənəli açılış mərasimini keçirəcək. Səhnə əsəri Azərbaycan Dövlət Mahnı Teatrında nümayiş olunacaq.
Tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir.
Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Zülfiyyə İsmayılova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar