Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 89-cu mövsümünə sentyabrın 17-də start verəcək. Həmin gün gündüz balacalar üçün S.Şeydanın “Tülkü, tülkü, tünbəki” tamaşası göstəriləcək. Axşam isə İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası nümayiş olunacaq.
“Tülkü, tülkü, tünbəki” tamaşası “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın dağ yəhudi əsilli şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Simax Şeydanın eyniadlı pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanovdur. Səhnə əsərində Zülfiyyə Alhüseynova, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Elgün Yəhyayev, Yusif Dadaşov, Bəhram Həsənov və Aydın Dəmirov iştirak edəcəklər.
Xalq yazıçısı İlyas Əfəndiyevin teatrsevərlərə yaxşı tanış olan “Məhv olmuş gündəliklər” pyesinə Xalq artisti Vaqif Əsədov quruluş verib, tamaşanın musiqi tərtibatçısı Mixail Simonovskidir. Rolları əməkdar artistlər Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nicat Kazımov, Rasim Cəfərov və başqaları oynayır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar