Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası ilə yeni mövsümün açılışı olub. 144-cü teatr mövsümünün açılışına həsr olunan tədbirdə çıxış edən teatrın direktoru və bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemət bildirib ki, yeni mövsümdə tamaşaçılara həm dünya, həm də Azərbaycan klassikasından tamaşalar təqdim olunacaq: “Yeni mövsümdə maraqlı tamaşalarla sizin qarşınızda olacağıq. Teatrımızda yeni səhnə əsərləri üçün hazırlıqlar görülür”.
Direktor əlavə edib ki, teatrın həm açılış, həm də bağlanış mərasimi ənənəvi olaraq “Qarabağnamə” tamaşası ilə keçirilir: “Bizim böyük arzumuz var ki, bu tamaşa Qarabağda, Şuşada oynanılsın”.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar