Bakı Xoreoqrafiya Akademiyasında məzunların dünyanın aparıcı təhsil müəssisələrində oxumasına və çalışmasına nail olunması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.
Akademiyadan bildirilib ki, bu istiqamətdə aparılan işlərin bəhrəsi olaraq tədris ocağının orta ixtisas təhsili pilləsinin məzunu Bəhruz Əliyev aktyor və rejissor ixtisası üzrə Rusiyada B.Şukin adına Teatr İnstitutuna daxil olub.
Əməkdar müəllim Pullumb Aqaliyayın sinfində xoreoqrafiyanın sirlərini öyrənən B.Əliyev 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirərək “balet artisti” ixtisası üzrə orta ixtisas təsili haqqında diplom alıb. Oxuduğu müddət ərzində balet sənəti və ümumiyyətlə rəqsdə qazandığı uğurlar onda aktyor sənətinə də maraq oyadıb. İlk sənət təcrübələrini hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində keçib və gələcəyini məhz aktyorluq sənəti ilə bağlamağa qərar verir. B.Əliyevin Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I Beynəlxalq müsabiqədə tələbə dostlarının tərəf-müqabili qismində çıxış etməsi böyük tamaşaçı marağına səbəb olub. Bakı Xoreoqrafiya Akademiyası məzununa yaradıcılıq uğurları arzulayır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar