“Bal-Maskarad” operasının konsert tamaşası

Hər il Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı zamanı Dövlət Opera və Balet Teatrında görkəmli dünya bəstəkarlarının əsərinin səhnəyə qoyulması artıq ənənə şəklini alıb.
Teatr bu il də ənənəsinə sadiq qalaraq, Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılara sentyabrın 24-də Cüzeppe Verdinin “Bal-Maskarad” operasını təqdim edib. Opera konsert ifasında səhnəyə qoyulub.
Uğurla keçən tamaşada əsas partiyaları Belarusun Əməkdar artisti Stanislav Trifonov, Azərbaycanın əməkdar artistləri Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, habelə solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov ifa ediblər.
Yeni quruluşun musiqi rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar