Cəlilabad rayon Xalq teatrının üzvləri Lənkəran Dövlət Dram Teatrında olublar. Həvəskar artistlərə teatrın sexlərini gəzərək buradakı şəraitlə yaxından tanış olmaq, eyni zamanda professional truppanın məşqlərini izləmək imkanı yaradılıb. Lənkəran teatrının direktoru Tofiq Heydərov, aktyorlar Təvəkkül Əliyev, Əlibala Əsgərov və Emin Fərzullayev yaradıcı kollektivin iş təcrübəsi, planları barədə ətraflı məlumat veriblər. Cəlilabad Xalq teatrına bundan sonra da hamilik köməyi göstəriləcəyi vurğulanıb.
Sonda Xalq teatrının üzvləri Lənkəran teatrı aktyorlarının ifasında Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşasına baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar