Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinə həsr olunan “Boy çiçəyi” tamaşası nümayiş olunub.
Səhnə əsərinin nümayişindən əvvəl çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemət bildirib ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, yaxud “Boy çiçəyi” pyesi ilk dəfə 52 il əvvəl tamaşaya qoyulsa da, mövzusu və qaldırdığı problem bu gün də aktualdır: “Oktyabrın 3-də İlyas Əfəndiyevin anım günüdür. Biz özümüzə borc bildik ki, bu gün onun müəllifi olduğu pyesin əsasında hazırladığımız tamaşanı nümayiş etdirək. Əsər müasir dövrümüzdə də öz aktuallığını saxlayır. Vaxtilə bu tamaşanın baş rollarında xalq artistləri Amaliya Pənahova və Əli Zeynalov oynayıb. Bu tamaşanın da çox maraqlı aktyor heyəti var”.
Sonra səhnə əsəri nümayiş olunub. Tamaşanın rejissoru Xalq artisti Azərpaşa Nemətdir. Rolları Xalq artisti Fuad Poladov, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Nigar Güləhmədova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.
Səhnə əsərinin yeni quruluşda ilk nümayişi 2011-ci ildə olub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar