IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində


7-8 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransına hazırlıq davam edir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq iki ildən bir təşkil olunan beynəlxalq teatr forumuna bu dəfə də müxtəlif ölkələrin teatr xadimləri, sənətşünas və mütəxəssisləri tərəfindən böyük maraq var.
Təşkilat komitəsindən verilən məlumata görə, Bakıya 40 ölkədən 130-dək teatr xadiminin gələcəyi gözlənilir ki, bu, 2014-cü ildə baş tutmuş konfransla müqayisədə təxminən iki dəfə çoxdur. Bu fakt özlüyündə Bakı teatr forumunun beynəlxalq nüfuzunun və əhəmiyyətinin artdığına sübutdur.
Konfransa qatılacaq beynəlxalq teatr təşkilatları təmsilçilərinin bir qismi haqqında məlumat vermişdik. Bu dəfə isə paytaxtımıza gələcək xarici ölkə teatr xadimlərinin bir neçəsini diqqətə çatdırırıq.
Yuri Aleksandrov Rusiyanın Xalq artisti, «Sankt-Peterburq Opera» Dövlət Kamera Musiqisi Teatrının bədii rəhbəridir. Rusiyadan kənarda da sənət aləmində yaxşı tanınır. 200-dən çox səhnə əsərinə, o cümlədən xarici ölkələrdə tamaşalara quruluş verib.
Violeta Podolskayte (Litva) öz ölkəsində tanınmış aktrisadır. Yetmişədək film və tamaşada rol almış aktrisa son illər ictimai-siyasi fəaliyyətlə məşğuldur. ASSİTEJ - Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Litva bölməsinin sədridir.
Hakan Silahsızoğlu (Türkiyə) İngiltərədə aktyorluq təhsili alıb, beynəlxalq teatr layihələrinə rəhbərlik edib. Onun təşkil etdiyi «Uşaq və gənclərin teatr və rəqs festivalı» Türkiyənin bir neçə şəhərini dolaşıb. Eyni zamanda tərcüməçi və aktyor kimi fəaliyyət göstərir.
Farida İsmagilova Rusiya Federasiyası Tatarıstan Respublikası Almetyevsk Tatar Dövlət Dram Teatrının direktorudur. Eyni zamanda pedaqoji fəaliyyət göstərir, Tatarıstanın Əməkdar müəllimidir.
Savvas Patsalidis (Yunanıstan) Saloniki Universitetinin ingilis dili fakültəsinin professorudur, həm də Şimali Yunanıstan Milli Teatrının teatr məktəbində çalışır. Qərb teatrı tarixi və nəzəriyyəsi üzrə tədqiqatların müəllifidir.

Gülcahan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar