İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonağa teatrın fəaliyyəti barədə məlumat verib, dövlətimizin teatr sənətinin, ümumilikdə, Azərbaycan mədəniyyətinin inkişafına və beynəlxalq aləmdə tanıdılmasına böyük diqqət ayırdığını vurğulayıb. Müvafiq dövlət proqramının Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb. Görüş zamanı bir sıra təkliflər səsləndirilib. Bunlardan biri yaradıcılıq mübadiləsi ilə bağlı olub. İki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub.
Seyid İbrahim İbrahimi iki ölkə arasında mədəni əlaqələrin qənaətbəxş olduğunu bildirərək, bu ilin sonunda İranda keçirilməsi planlaşdırılan Azərbaycan mədəniyyəti günləri ilə bağlı hazırlıqların yüksək səviyyədə davam etdiyini söyləyib. Qeyd edib ki, yaxın zamanlarda Təbriz teatrının Azərbaycan Dövlət Musiqili Teatrında, Musiqili Teatrın isə Təbrizdə çıxışı arzu olunandır. Teatrlararası əməkdaşlığın iki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi rol oynadığı vurğulanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar