Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov Mədəniyyət və Turizm Nazirliyinin təyinatı ilə Mingəçevir Dövlət Dram Teatrında yeni uşaq tamaşası hazırlayır.
Şair-dramaturq İsgəndər Coşqunun “Çal, oyna” alleqorik mənzum nağıl-pyesi əsasında səhnələşdirilən tamaşada heyvanların dili ilə hiyləyə, yalana nifrət, zəhmətə, düzlüyə, etibara və əməyə rəğbət aşılanır.
Tamaşanın quruluşçu rejissoru Musa Eyyubov, səhnə tərtibatçısı Əməkdar rəssam Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Rollarda Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Fəridə Məmmədova, Aytən Allahverdiyeva, Ceyhun Əhmədov, Turqut Məsimli, Nargilə Abdullayeva və başqaları çıxış edir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar