Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə "O və Sumqayıt" layihəsi çərçivəsində Əməkdar artist Füzuli Hüseynovla tamaşaçıların görüşü keçirilib.
Ə.Kərim adına Poeziya evində keçirilən görüşə Füzuli Hüseynovun sənət dostları - Əməkdar artist Sənubər İsgəndərli və aktyor Məmməd Verdiyev də qatılıb.
Görüşün təşkilatçısı “O və Sumqayıt" layihəsinin rəhbəri Arif Vəliyev, aparıcısı telejurnalist Nigar İsmayılqızı olub.
Şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qonaqları salamlayaraq onlara xoş arzularını çatdırıb, şəhərin mədəni həyatından söz açıb.
Füzuli Hüseynov görüşün təşkilinə görə minnətdarlığını bildirərək Sumqayıtda dəfələrlə olduğunu, şəhərin yaxşı mənada çox dəyişdiyini vurğulayıb.
Aktyor sənətə gəlişi, çəkildiyi filmlər, rol aldığı tamaşalar və yaratdığı obrazlar haqqında danışıb, tamaşaçıların suallını cavablandırıb.
Sənubər İsgəndərli və Məmməd Verdiyev həmkarları ilə bağlı xatirələrini bölüşüb, dostluq münasibətlərindən söhbət açıblar.
Görüşdə aktyorun “Spartak” obrazını canlandırdığı “Təhminə və Zaur” filmindən fraqmentlər nümayiş olunub, S.Rüstəmov adına Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında musiqi nömrələri səslənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar