Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin "Şah İsmayıl" operasının növbəti tamaşası teatrın solisti, Xalq artisti, Prezident təqaüdçüsü Şahlar Quliyevin 70 illiyinə həsr olunacaq. Yubilyar tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcək.
Uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev bu səhnədə həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb: "Koroğlu"da Həsən xan, Eldar, "Leyli və Məcnun"da Nofəl, "Arşın mal alan"da Süleyman, "O olmasın, bu olsun"da Qoçu Əsgər, "Natəvan"da Qasım bəy Zakir, "Aida"da Amonasro, "Karmen"də Eskamilio və s.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar