Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Marina Litvinenko milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Marina Nikolayevna Litvinenko 25 sentyabr 1956-cı ildə Estoniyanın Tallin şəhərində anadan olub. 1989-cu ildə Bakıda A.Zeynallı adına Musiqi məktəbini bitirib. 1987-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında artist-vokalist kimi fəaliyyət göstərməyə başlayıb.
İşlədiyi müddət ərzində o, Rozaliya (“Filumena Marturano” - Fərəc Qarayev, Eduardo de Filippo), Qırmızıpapaq, Ana (“Qırmızıpapaq” - Emin Sabitoğlu, Yevgeni Şvarts), Düyməcik, Qaranquş (“Düyməcik” - Hans Kristian Andersen), Afət (“Bağdadda bir gün” - Emin Sabitoğlu), Stassi (“Silva” - İmre Kalman), Valentina, Elqa (“Şən dul qadın” - Frans Leqar), Dovşan (“Bir dayan, canavar!” - Rəna Ağayeva, Arkadi Xayt), Duenya (“Çılğın qaskoniyalı” - Qara Qarayev), Asya, Telli (“Arşın mal alan” - Üzeyir Hacıbəyli) və başqa rolları ifa edib.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar