Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar artist Azad Şükürovla görüş keçirilib. Tədbirdə Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov son dövrlər şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə məlumat verərək deyib ki, Sumqayıtda yeni tikilən mədəniyyət ocaqları belə sənətkarlarımızın gəlişləri ilə daha da işıqlanır.
Azad Şükürovun yaradıcılığından bəhs edən videoçarx təqdim edilib. Sonra tədbirin aparıcısı, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Rauf Ağakişiyev qonağı səhnəyə dəvət edib.
Azad Şükürov müəllim-tələbə münasibətlərindən, sənətə gəlişindən, yaratdığı obrazlardan danışıb, tamaşaçıların suallarını cavablandırıb.
Səmimi notlara köklənən görüşdə tamaşaçılar təkcə yaratdığı obrazlarla deyil, həm də bədii qiraət ustası kimi tanınan sənətkarın ifasında Zəlimxan Yaqubun “Azərbaycan oxusun”, Rəsul Rzanın “Unutmayın”, Bəxtiyar Vahabzadənin “Baş”, Ramiz Rövşənin “Qapı” şeirlərini maraqla dinləyiblər.
Sumqayıt Dram Teatrının aktrisası, Əməkdar artist İlahə Səfərova çıxış edərək müəllimi haqqında xoş sözlərini bölüşüb. Tədbirdə gənc müğənnilərin mahnıları dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar