Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyi tərəfindən 150-dək tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası təqdim olunacaq. Tamaşada mahnının yaranma tarixi faktlar əsasında, yaradıcı şəkildə təqdim edilir.
Layihənin reallaşdırılmasında məqsəd gəncləri Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırmaq, adət və ənənələrin qorunub saxlanılması və təbliğ edilməsindən ibarətdir. Üç hissədən ibarət layihənin ilk bölümündə qonaqlar foyedə “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olacaqlar.
Tədbirdə muğam və milli musiqilər səsləndiriləcək, “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videoçarx nümayiş olunacaq. Tamaşanın rejissoru Əməkdar artist Nicat Kazımovdur.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar