Cəlilabad rayonunda Xalq teatrı beşillik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib. Həvəskar kollektivin mövsümdə ilk premyerası böyük yazıçı-dramaturq M.F.Axundzadənin "Hacı Qara" əsərinin tamaşası olub.
Tamaşaya quruluşu və musiqi tərtibatını Buludxan Buludov verib. Quruluşçu rəssam Əli Əliyev, truppa rəhbəri Mirbalaş Salmanzadədir. Səhnə əsərinin hazırlanmasında Lənkəran Dövlət Dram Teatrı məsləhətçi qismində çıxış edib.
Baş rolları Buludxan və Anar Buludovlar ifa ediblər. Premyerada rayon İcra Hakimiyyətinin başçısı, Lənkəran Dram Teatrının yaradıcı heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar