Taqanka Teatrının tarixi haqqında kitab Azərbaycan dilində

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - tanınmış rus yazıçısı Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” kitabı işıq üzü görüb.
Kitab Moskvanın məşhur Taqanka Teatrının tarixini, bu sənət ocağında çalışmış Yuri Lyubimov, Valeri Zolotuxin, Vladimir Vısotski kimi sənət adamları, eləcə də azad yaradıcılıq havası ilə yaşayan truppanın sovet ideologiyası basqısı altında üzləşdiyi çətinliklər, mədəniyyət sahəsində hökm sürən ətalətin yaradıcı kollektivə təsiri, teatrın yüksəlişi və parçalanması proseslərindən bəhs edir.
Kitabı Azərbaycan dilinə yazıçı-tərcüməçi Etimad Başkeçid çevirib. Nəşrin redaktoru Əyyub Qiyasdır.
Əsərin elektron versiyası Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanasında da oxucuların ixtiyarına veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar