Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyev Moskvada keçirilmiş “Territoriya” XI Beynəlxalq Müasir İncəsənət Festivalında ölkəmizi uğurla təmsil edib.
Rusiyanın Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutan festivalın keçirilməsində məqsəd Rusiya tamaşaçısını, festivalın tələbə iştirakçılarını, eləcə də bu ölkədə fəaliyyət göstərən teatr universitetləri məzunlarını müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir.
Festivalda dünyanın tanınmış teatr xadimləri ilə yanaşı, Rusiyanın nüfuzlu teatr mütəxəssisləri iştirakçılara ustad dərsləri keçiblər. GTT-nin aktyoru tədbir çərçivəsində U.Şekspirin “Heç nədən hay-küy” tamaşasında Benedikt roluna görə festival-məktəbin xüsusi diplomuna layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar