Oktyabrın 25-də Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə qastrol səfərində olub. Kollektiv Lerik rayon Mədəniyyət evinin səhnəsində Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası ilə sənətsevərlər qarşısında çıxış edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması və qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.
Maraqla baxılan tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Rolları əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, aktryorlar Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və başqaları oynayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar