Bakı Uşaq Teatrı oktyabrın 24-dən Kürdəmir, Samux, Göygöl, Goranboy, Naftalan, Zərdab və Göyçay rayonlarına qastrol səfərinə çıxıb. Teatr qastrol səfərinə “Həyatla oyun” tamaşası ilə gedib.
Tamaşa Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanıb.
Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi tamaşada hadisələr real həyatdan götürülüb və bir qrup tələbə arasında cərəyan edir. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında təsəvvür yaradır.
Teatrın bölgələrə qastrol səfəri oktyabrın 28-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar