Yaradıcı heyət Elista şəhərində iki tamaşa göstərəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti noyabrın 5-dən 11-dək Rusiya Federasiyası Kalmıkiya Respublikasında səfərdə olacaq. Səfər Gənc Tamaşaçılar Teatrının B.Basanqov adına Kalmık Milli Dram Teatrı arasında əməkdaşlıq müqaviləsi əsasında gerçəkləşəcək.
Kollektiv Elista şəhərində iki tamaşa ilə çıxış edəcək. Tamaşalardan biri bolqar yazıçısı P.Pançevin “Dörd əkizin nağılı”, digəri isə ötən ay kalmık teatrının yaradıcı heyətinin ölkəmizdə qonaq olarkən oynadıqları “Qohumlar” tamaşasıdır.
B.Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Ə.Əmirli və V.Şuqrayevanın səhnə üçün işlədikləri “Qohumlar” tamaşası bu dəfə də eksperiment şəklində təqdim olunacaq. Tamaşanın əsas rolları Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələr isə Kalmık Milli Dram Teatrının aktyorlarına həvalə ediləcək.
Noyabrın 8-də Kalmık Milli Dram Teatrının 80 yaşı tamam olur. GTT-nin qastrol səfəri həm də yubiley ab-havası ilə yadda qalacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar