Qusar Dövlət Ləzgi Dram Teatrı Moskvada qastrolda olub

Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi 30 oktyabrda Moskvada qastrol səfəri çərçivəsində iki tamaşa ilə çıxış edib.
Qusar Ləzgi Dram Teatrının kollektivi “Çayka” mədəniyyət evinin səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” və Dağıstanın Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan “Sədəf” tamaşalarını ləzgi dilində təqdim edib.
Hər iki səhnə əsəri moskvalı tamaşaçılar, orada yaşayan həmyerlilərimiz tərəfindən alqışlarla qarşılanıb. Bununla yanaşı, tamaşaçılara folklor qruplarının ifası və milli rəqslər də təqdim olunub.
Tamaşaları izləməyə gələnlər mədəniyyət evinin foyesində Qusar rayonunun tarixi və mədəniyyətini əks etdirən stendlə tanış olublar.

“Məşədi İbad” Gəncə Kukla Teatrının səhnəsində

Gəncə Dövlət Kukla Teatrında Üzeyir Hacıbəylinin ölməz musiqili komediyası əsasında “Məşədi İbad” tamaşası hazırlanır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Estoniyada fəaliyyət göstərən “Avşar” Azərbaycan Kukla Teatrının bədii rəhbəri, Əməkdar artist Rauf Avşarov, rəssamı isə teatrın direktoru Xatirə Avşarovadır.
Tamaşada əsas rolları Əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov və aktrisa Nərmin Şərifova ifa edir.

Füzuli teatrında “Xanışın toyu”

Füzuli Dövlət Dram Teatrında Arif Mədətovun "Xanışın toyu” əsərinin tamaşası ictimaiyyətə təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Sehran Xanlarov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Əli Hüseynov, Elşən Gözəlov, Məryəm Məmmədova, Fatimə Səfərəliyeva, Aygün Cəfərova və başqaları çıxış edir.
Hazırda teatrda Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin” əsərinin son məşqləri gedir. Həmçinin uşaqlar üçün "Qış möcüzəsi- 2” adlı şou proqram hazırlanır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar