Sovet qoşunları tərəfindən əsir götürülən məşhur macar rejissoru
Macarıstan rejissoru və ssenaristi Yanço Mikloş 1921-ci ilin 27 sentyabrında doğulub. Dünyaçaplı rejissor Yanço Mikloş hüquq fakültəsində təhsil ilə bərabər etnoqrafiya və sənətşünaslıq ixtisasına da yiyələnmişdi. İkinci Dünya müharibəsinin son illərində orduya çağrılan Yanço Mikloş sovet hərbçiləri tərəfindən əsir götürüldü. Əsirlikdən qayıdandan sonra Macarıstanda hərəkata qoşuldu. 1946-1950-ci illərdə Budapeşt Ali Teatr və Kino Məktəbində təhsil aldı. 1959-cu ildə Macarıstan Film Akademiyasının rejissorluq fakültəsini bitirdi. Rejossor diplomu aldıqdan sonra kino jurnalında çalışdı və sənədli filmlər ekranlaşdırdı. 1950-ci illərdə etnoqrafiyaya aid xronika və elmi-populyar filmlər çəkdi. Həmin vaxt çəkdiyi filmlər arasında Derd Qoldmanın həyat və yaradıcılığından bəhs edən “Şəhər kənarında”(1957), “Ölümsüzlük” (1959) filmləri çox uğurlu oldu.
“Xalq hələ istəyir” və Kann uğurları
Birinci yarımmetraj - “Zınqırovlar Romaya gedib” filmi antifaşist ideya daşıyır. Yeni tarixin və qeyri-adi stilin elementləri “Kantata”(1962) və “Mən belə gəldim”(1964) filmlərinin yaranmasına səbəb oldu. Yançoya bir rejissor kimi dünya rəğbəti qazandıran 1965-ci ildə rejissorluq etdiyi “Ümidsiz” filmi oldu. Bu filmə görə Mikloş «Lokarno - 66» Beynəlxalq Kino Festivalında FİPRESSİ mükafatına layiq görüldü. “Ulduzlar və əsgərlər”(1967) filmində Rusiyada vətəndaş müharibəsi tarixi meydan olaraq götürüldü; “Səssizlik və hayqırtı”(1968) filmi 1919-cu ildə Macarıstan Kommunasını əvəz etmiş ağ terrordan bəhs edir.
Yançonun ən səs-küylü filmi 1968-ci ildə rejissorluq etdiyi “Amansız küləklər” filmi oldu. “Xalq hələ istəyir”, «Macarıstan rapsodiyası», «Alleqro barbaro» filmlərinə Kannda Beynəlxalq Kino Festifalının mükafatlarına layiq görüldü.
70-ci illərin əvvəlində şöhrətin zirvəsində olarkən Yanço İtaliyada bir neçə film çəkdi: «Pasifistika» (1971), «Texnika və ritual» (1972), «Roma başqa Sezar arzusunda» (1973). 80-ci illərdə çəkdiyi filmlərində yalan və siyasətin mistik xarakteri əsas mövzu oldu.
Filmlərdə ənənəvi kinematoqrafiyaya məxsus olan elementlərin yerini zəiflədib
Axır vaxtlarda çəkdiyi filmlərinin süjetləri də son aktual siyasi prosesləri əhatə edir. Mikloş zaman dəyişikliyini ustalıqla filmlərinə gətirib. Rejissor yaratdığı filmlərdə ənənəvi kinematoqrafiyaya məxsus olan elementləri (məsələn, dialoq, personajların janr xarakteristikası və sair) xeyli zəiflədib. Buna baxmayaraq, onun filmlərində zaman və ritm məfhumları böyük dramatik aktivlik daşıyır.
1970-ci ildə Yanço filmlərinin daimi ssenaristi ilə birgə kütləvi xalq hərəkatlarının formalarını və səbəblərini tədqiq etdi.
1983-1985-ci illərdə Yanco kinodramaturq və romançı Dyula Xernadi, yazıçı və dramaturq Laslo Dyurko ilə birlikdə Keçkemetdə teatra rəhbərlik etmişdi.
Ömrünün son illərində Mikloş sənədli filmlər çəkdi. 1986-1991-ci illərdə Macarıstan Kinematoqrafçılar Birliyinə rəhbərlik etdi. Müxtəlif illərdə Budapeşt Ali Teatr və Kino Məktəbində dərs dedi.
Nəhayət,1990-cı ildə Venesiya Beynəlxalq Kino Festivalının laureatı oldu. 1994-cü ildə isə Budapeştdə kino sənətində əməyinə görə ölkəsinin bu sahədə ali mükafatına layiq görülüb.
İntiqam Hacılı