“Ritm production”un direktoru, filmin prodüseri Xaqani Savalanın verdiyi məlumata görə “40-cı qapı” bədii filmi 42-ci Beynəlxalq Hyuston Kinofestivalında “Ən yaxşı xarici film”nominasiyası üzrə qızıl mükafata (GOLD REMI AWARD .Foreign) layiq görülmüşdür. Festivalın nəticələri 26 aprel 2009-cu ildə açıqlanmışdır. Qeyd edək ki, festivalda filmin rejissoru Elçin Musaoğlu iştirak edib. “40-cı qapı” bədii filmi dövlət sifarişi ilə “Ritm production”da çəkilmişdir. Filmin prodüseri Xaqani Savalan, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və b. çəkilmişlər. 

   Aytək