Terminator-2
   
   Bu film elə ilk həftələrdə Amerika kinoteatrlarından 200.000.000 dollar məbləğində pul qazanmışdır. “Kiberdayn” binasının çəkilişləri üçün uyğun 3 mərtəbəli bina tapılmadığından, çəkiliş San-Xosedəki ikimərtəbəli ofisdə aparılıb. Bunun üçün 3-cü mərtəbəni ofisin damında yalançı şüşə divarlardan qurmuşlar.
   
   Türmədən qaçış
   
   Steysi Kiç filmdə yaradacağı obrazın təbii alınması üçün 6 ayını Britaniya türməsində keçirmişdir. Ventvort Miller rolu təsdiq ediləndən cəmi 1 həftə sonra çəkilişlərə başlayıb. Əgər sizin də ağlınızdan Maykl obrazının tatuajının eynisini döydürmək keçirsə, bunun üçün sizə 200 saat vaxt və təxminən 20 min dollar pul lazım olacaq...   

  Yeganə CANSAİL