“Salnamə” sənədli filmlər studiyası 2009-cu ildə bir neçə film hazırlamışdır. Studiyadan qəzetimizə verilən məlumata görə, filmin rejissoru Şamil Əliyevin, ssenari müəllifi Nadir Bədəlovdur. “Qala” sənədli filmi artıq bitmək üzrədir. Filmdə Qala kəndinin etnoqrafiyası və tarixindən bəhs edilir.
   Mehriban Ələkbərzadənin “1918 Qara bayram” adlı mart qırğınlarından bəhs edir. 3 seriyalı film Rusiya, Türkiyə və Azərbaycanda zəngin arxiv materialları əsasında araşdırmalar aparılaraq hazırlanmışdır. Filmin yaxın günlərdə çəkilişlərinə başlanılacaq. “Salnamə” studiyasından aldığımız digər məlumata görə, hazırda Sankt Peterburqun LENNAUCFİLM studiyası ilə birgə rejissor Tahir Əliyevin layihəsi gerçəkləşəcək. Studiya eyni zamanda Azərbaycanın milli qəhrəmanlarından bəhs edəcək silsilə filmlərin çəkilişlərini də bu həyata keçirəcək.
   
   Yeganə C.