Fevralın 26-dan martın 4-dək Rusiyanın Xantı-Mansı şəhərində debüt filmlərin “Odun ruhu” adlı VIII Beynəlxalq festival reallaşacaq. Festivalda Azərbaycan, Elçin Musaoğlunun “40-cı qapı” filmi ilə təmsil olunacaq. “Odun ruhu” mükafatı uğrunda 9 film mübarizə aparacaq. Qeyd edək ki, “40-cı qapı” bədii filmi dövlət sifarişi ilə “Ritm production”da çəkilib. Filmin prodüseri Xaqani Savalan, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və başqaları çəkilib.