Məhəmməd Əziz Ləhbəbi
   
   Görkəmli Mərakeş şairidir. «Ərəb və bərbər poeziyası antologiyası»nun tərtibatçısıdır (Fransa, 1965).
   
   Yolayrıcında
   
   Olmaq-
   Elə «yox» deməkdi boşluğa,
   «Yox»- deməkdi sükuta, qaranlığa,
   «Yox» deməkdi yolların boşluğuna, çıxılmazlığına,
   Qaranlıqda itən
   O sonsuz yolların yorğunluğuna.
   
   
   Yaşamaq-
   Yolayrıcında olmaq,
   Sənin təbəssümünə qızınmaq,
   Özgə gözlərində əks olunmaq,
   Ölməkdən əvvəl doğulmaqdı,
   Dəli ehtiraslar başında
   «Hə», «yox» deyə yarışmaqdı.
   
   Boşluq…
   O boşluqda nəfəs hiss edirəm.
   Susqunluq…
   Ahəng var gecənin sükutunda,
   Görünür,
   Qaranlıqda itən yolların çıxılmazlığını
   Elə belə bəzəmir gecənənin işıqları.