“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə bu ilin dördüncü rübündə uşaqların əl işlərindən və rəsmlərindən ibarət sərgi-müsabiqənin keçirilməsi nəzərdə tutulur. İdarədən verilən məlumata görə, 2009-cu ilin respublikamızda “Uşaq İli” elan olunması ilə əlaqədar keçiriləcək tədbirin məqsədi uşaqlar arasında vətənpərvərlik ruhunun gücləndirilməsi və tariximizin geniş surətdə təbliğ edilməsidir.