“Ənənə və müasirlik” adlı III Beynəlxalq fotoşəkil müsabiqəsi - “Bakı 2009”a rəsmi olaraq start verildi. Qeyd edək ki, bu müsabiqə rəssam, ictimai xadim və müsabiqənin keçirilməsinin təşəbbüskarı Müslüm Eldarovun (1956-2003) xatirəsinə həsr olunub. Müsabiqəyə materialların qəbul edilməsi 2009-cu il oktyabrın 30-da başa çatacaq. Münsiflər heyətinin iclası bu il noyabrın 5-10-da Bakıda keçiriləcək. Sərgi isə Bakıda bu il noyabr ayının 20-dən sonra açılacaq.
Xatırladaq ki, bundan öncəki iki müsabiqə 2001 və 2005-ci illərdə reallaşıb.