Oktyabrın 5-də "Park İnn" hotelində Azərbaycan Memarlar İttifaqı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin təşəbbüsü ilə Beynəlxalq Memarlar Günü qeyd edildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının prezidenti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov əvvəlcə Beynəlxalq Memarlar Günü və onun əhəmiyyəti haqda məlumat verdi: "Memarlar günü 1949-cu ildə Lozannada təsis edilib və həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi günü qeyd edilir. Bu gün bizə nə verir, nəyə çağırır? Memarlar günü memarların birləşməsinə, onların bir-biriləri ilə daha yaxından əməkdaşlıq etmələrinə, təcrübələrindən yararlanmalarına imkan verir". Sonra bugünkü Memarlar günü münasibətilə üç tanınmış memara Azərbaycan Memarlar İttifaqı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsis etdiyi medallar təqdim olundu. Üçlüyə Azərbaycan memarlıq sənətində böyük rolu olan Şamil Fəttullayev, Rasim Əliyev, Yusif Qədimov daxil idilər. A.Ələsgərov ömrünü Azərbaycan memarlıq sənətinin inkişafına həsr edən üç memardan yalnız birinin tədbirdə iştirakına təəssüfləndiyini bildirdi: "Bu mükafatlar ilk dəfədir ki, verilir. Təəssüf ki, onlardan ikisi Rasim Əliyev və Yusif Qədimov səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilmir. Şamil Fətullayevə gəlincə, onun Azərbaycan tarixi memarlığının öyrənilməsində və dünyaya yayılmasında əvəzsiz rolu var. Biz onu özümüzə ustad, ağsaqqal bilirik".
Medalı almasından böyük qürur duyduğunu deyən Ş.Fətullayev memarlığın ağır, ancaq şərəfli sənət olduğunu diqqətə çəkdi.
Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə bildirdi ki, Beynəlxalq Memarlar İttifaqı vaxtaşırı müxtəlif ölkələrdə öz konqreslərini, simpoziumlarını keçirir: "O konqreslər memarlığın bayramına çevrilir. Sonuncu belə tədbir 2008-ci ildə İtaliyanın Turin şəhərində keçirildi. Toplantıya bütün dünyadan minlərlə memar toplaşmışdı. Azərbaycan ilk dəfə olaraq bu konqresdə çox böyük nümayəndə heyəti ilə iştirak edirdi. Tədbirə tələbələri də aparmışdıq. Bu, onlar üçün çox böyük və maraqlı təcrübə oldu. Çünki onlar orda maraqlı informasiyalar aldılar, başqa ölkələrin memarları ilə tanış oldular. Bir sözlə, Beynəlxalq Memarlar İttifaqı əməkdaşlıq, təcrübə mübadiləsi, sənətin inkişafına xidmət edən beynəlxalq təşkilatdır".
Gülçöhrə xanım Azərbaycan Memarlıq və İnşaat Universitetinin son bir ildə əldə etdiyi uğurlardan da danışdı: "Biz böyük ənənəsi olan çoxsaylı memarlar hazırlayan ali təhsil ocağıyıq. Çox maraqlıdır ki, bu il Baloniya təhsil sisteminə keçdik. Birinci kurslarımız artıq kredit sistemi ilə təhsil alacaqlar. Bu kredit sistemi onlara imkan verəcək ki, beynəlxalq əməkdaşlıqda daha yaxından iştirak etsinlər. Bu da gələcəkdə diplomların tanınması üçün müəyyən qədər onlara kömək edəcək və bir universitetdən digərində təhsillərinə davam etdirməyə imkan verəcək.
Əlbəttə bu, bütün problemləri həll eləmir. Amma bunun faydası olacaq. Mən hesab edirəm ki, biz Baloniya təhsil sisteminə uyğunlaşaraq memarlıq təhsilimizin yeni mərhələsinə keçdik".
Bundan başqa, universitetin beynəlxalq əlaqələrinin genişləndiyini deyən rektor, hazırda bu əlaqələrin yaxşı səviyyədə olduğunu diqqətə çəkdi.