Mayın 2-də «Fidan» istirahət və əyləncə mərkəzində Böyük Vətən müharibəsində (1941-1945) faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş “Bahariyyə - 2010” rəqs festivalı keçirildi. “Sirdaş” rəqs klubunun təşkil etdiyi tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan (Tbilisi, Rustavi) və Rusiyadan (Həştərxan, Lipetsk) rəqs qrupları iştirak edirdi.
   Qeyd edək ki, festival “Sirdaş” rəqs klubunun 25 illiyinə həsr olunub.
   Festivalda ölkəmizi “İmpuls”, “Liman”, “Neftçi”, “Aypara-Dans”, “Çinar”, “Şane”, “Qazelli Evi”, “Rovesnik”, “Sirdaş” rəqs qrupları təmsil edirdi. “Bahariyyə -2010” rəqs festivalının hakimlər komissiyasının tərkibinə Elmira Muxtarova (Azərbaycan), Dimitri Sprin, Yelena Sprina, Marina Dadaşeva (Rusiya), Anvar Bliadze, Qivi Orvelaşvili (Gürcüstan), Vera Sosedova (Qazaxıstan) daxil idilər.
   Festivalda Azərbaycan, Gürcüstan və Rusiyanı təmsil edən iştirakçılar diplomlara layiq görüldülər. 

   Nuray